əyri-üyrü xətt

an angular hand / an uneven hand writing изломанный почерк
əyri-üyrü getmək (kefli halda)
əyri-üyrü (nizamsız)
OBASTAN VİKİ
Əyri xətt
/ — Bu işarə "Drop" adlanır. Drop sözü bir çox dillərə tanışdır. Drop işarəsinə (/) asan dildə desək "Əyri xətt"-də deyə bilərik. Bu işarə əsasən vebdə istifadə olunur.
Xətt
Xətt — iki nöqtə arasında məsafə; bir-biri ilə zəncirvari bağlı olan obyektlər. Xətt (riyaziyyat) — iki nöqtə arasında məsafə (düz; əyri). Trend xətti — qrafikada inkişafı göstərən düz xətt. Bollincer xətti — fond bazarlarının texniki analiz aləti. Apsi xətti (göy mexanikası) — orbitin perimərkəzi ilə apomərkəzini birləşdirən xətt. Langer xətti (anatomia) — insan dərisinin dartılma xətti. "Horizont xətti" — 1992-ci ildə fransız filosofu Jak Attali tərəfindən yazılmış tarixi traktakt. Yönəltmə xətti — (ing.guideline, ru. направляющая линия) – masaüstü nəşriyyat sistemlərində və kompüter qrafikasında: üfüqi və ya şaquli yönəldici; ekranda səhifəkənarı boşluqların, sütunlar arasındakı aralıqların və səhifələmə şablonunun başqa elementlərinin yerini göstərən və çap olunmayan nöqtəli xətt. Elektrik ötürücü xətti — elektrik enerjisini nəql etmə texniki xətti.
Əyri Meşə
Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən Qərbi Pomeraniya voyevodalığının ətrafında yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. Ona görə də bu qeyri-adi meşəni adətən "Əyri meşə" yaxud da "Sərxoş meşə" adlandırırlar. Bu meşənin tarixi 1930-cu illərdən başlayır. Belə ki, həmin illərdə Almaniya ilə sərhəd bölgəsi olan Pomeraniyada təxminən 400-ə qədər şam ağacı əkilmişdir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir. Maraqlıdır ki, bu meşənin yaxınlığında yerləşən digər bütün şam ağacları tamamilə normal formadadır.
Əyri körpü
Əyri körpü — XII əsrdə Sivas şəhərində Səlcuqlular dönəmində Qızılirmaq çayı üzərində inşa edilən tarixi körpü. Sivasdakı köhnə Malatya quru yolu üzərində kəsmə daşdan inşa edilən körpünün dəqiq tikilmə tarixi məlum deyil. Ancaq 800 il əvvəl Səlcuqlu dövründə İpək yolu üzərindəki köhnə adı ilə Bağdad körpüsü yüzillərdi qorunub saxlanılır. 18 kəmərdən ibarət olub, 179 metr uzunluğunda olan körpünün eni 4.6 metrdir. 18 kəmərli köprü 12 kəmərdən sonra sol tərəfə doğru əyilərək tikilmişdir. Körpünün niyə əyri olmasına dair müxtəlif məlumatlar olmasına baxmayaraq, dəqiq səbəbi bilinmir. Keçmişdə suların çox axması səbəbi ilə körpünün yarıdan sonra bir dalğaqıran vəzifəsi görərək suyun gücünün azalması və körpünün yıxılmağının qarşısını almaq üçün belə inşa edildiyini düşünülür.
Əyri çiləotu
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.
Əyri minarə
Əyri minarə (ərəb. منارة الحدباء‎) ― İraqın Nineva əyalətinin inzibati mərkəzi Mosul şəhərində, xüsusilə də Mosulda Dəclə çayının sağ sahilində (qərb) yerləşən Qədimi şəhər ərazisindəki böyük əl-Nuri məscidinin minarəsinə deyilir. Əl-Nuri məscidi minarəsi ilə birgə əslən Səlcuq əmirlərindən olan Nurəddin Zəngi tərəfindən 1172-ci ildə tikilib. Əyri minarə və Ən-Nuri məscidi İraqın tarixi məscidlərindən biridir və onun yaşı təxminən doqquz əsrdir. Məscid şəhərdəki Əməvilər məscidindən sonra Mosulda tikilən ikinci məscid hesab olunur. Bir neçə dəfə yenidən qurulmuş, sonuncusu dəfə isə hicri 1363 / miladi 1944-cü ildə təmir edilmişdir. Məscid orijinal binanın yeganə qalan hissəsi olan şərqə doğru əyilmiş minarəsi ilə məşhurdur. Ona görə Əl-Hədbə (əyri) sözü adətən Mosulla əlaqələndirilir və bu mayaka bənzər minarə şəhərin ən görkəmli tarixi abidələrindən biridir. Baxımsızlıq üzündən minarə uçmaq təhlükəsi ilə üzləşdiyindən İraqın Turizm və Qədim Əsərlər Nazirliyi tərəfindən bir neçə dəfə onu təmir etmək cəhdləri olub, lakin bu cəhdlər lazımi səviyyədə olmayıb. 2014-cü ildə İŞİD terror təşkilatı ilə döyüşdən sonra ciddi xəsarət alıb və daha sonra minarə bəzi videogörüntülərə görə elə içəridən yerləşdirilən partlayıcılarla partladılıb.
Düz xətt
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir. Düz xəttin aşağıdakı xassələri vardır: İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar. Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir. Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 4 variant mövcuddur: düz xətlər paraleldirlər; düz xətlər kəsişirlər; düz xətlər perpendikulyardırlar; düz xətlər çarpazdır; Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur. Müstəvi üzərində iki müxtəlif düz xəttin bir ortaq nöqtəsi olarsa, onda deyirlər ki, bu düz xətlər kəsişir. Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xətlər adlanır. Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır. OX oxuna perpendikulyar olmayan hər hansı düz xəttin verilməsini fərz edək. Bu düz xəttin absis oxu ilə əmələ gətirdiyi bucaq φ, ordinat oxundan ayırdığı parça O B = b {\displaystyle OB=b} olsun.
Sınıq xətt
Sınıq xətt A1A2, A2A3, ..., An-1An parçalarından ibarət olan A1A2...An fiquru adlanır. Belə ki, ixtiyari k ∈ {2, 3, ..., n-1} üçün Ak-1Ak və AkAk+1 parçaları, eləcə də A1 və An üst-üstə düşdükdə A1A2 və An-1An parçaları bir düz xətt üzərində olmasınlar. A1, A2, ..., An nöqtələri sınıq xəttin təpə nöqtələri, A1A2, A2A3, ..., An-1An parçaları isə sınıq xəttin tərəfləri adlanır. Sınıq xəttin birinci və sonuncu təpə nöqtələri üst-üstə düşərsə, o qapalı sınıq xətt adlanır. Sınıq xəttin tərəfləri bir-birini kəsə bilər.
Xətt gəmisi
Xətt gəmisi (ing. battleship, fr. cuirassé, alm. Schlachtschiff‎) — Zirehli artilleriya hərbi gəmisi. Su tutumu 20-dən 64 min tona qədər, uzunluğu 150-dən 263 metrə qədər, 280-dan 460 millimetr ölçülü toplarla təchiz edilir. Gəmi heyəti 1500—2800 nəfərə qədər olur. XX əsrdə düşmən gəmilərini məhv etmək və sahildə quru qoşunlarına kömək etmək üçün istifadə edilirdi. Смит П. Ч. Закат владыки морей.
Xətt taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Yaşıl Xətt
Yaşıl xətt aşağıdakı mənalara uyğun gələ bilər: Yaşıl xətt (Kipr) – Şimali Kipr və Cənubi Kipri ayıran bölgəni bildirmək üçün istifadə olunan termin. Yaşıl xətt (Bakı metrosu) – Bakı metrosunun 2-ci xətti.
Çəpəki xətt
Çəpəki xətt — Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitabların (kollektiv monoqrafiyalar və ya dərsliklər) elmi işlərin ədəbiyyat siyahısının tərtibi zamanı istifadə olunur; * Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri iki hissədən ibarət olur. Onlar bir-birindən bir çəpəki xətlə – "/" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Qoşa çəpəki xətt– dissertasiyalarda istifadə olunan mənbələrin biblioqrafik təsvirində istifadə edilən şərti işarədir. Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur: 1.məqalə haqqında məlumat; 2.məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir birindən qoşa cəpəki xətlə – "//" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s..
İcarəlik xətt
İcarəlik xətt (en. leased line) – ümumi rabitə şəbəkəsində özəl istifadə üçün icarəyə götürülmüş telefon kanalı. İcarəlik xətt kommutasiya olunan telefon şəbəkəsinin adi rabitə xəttindən azca daha geniş buraxılış tezlikləri zolağına malikdir və verilənlər kommutasiya avadanlığından istiqamətləndirilmədiyindən siqnalın təhrif olunması minimallaşdırılır. İcarəlik xətt sürətlə işlənir, maneələrdən daha yaxşı qorunur, lakin adi telefon kanalından baha başa gəlir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Doqquzpunktlu xətt
Doqquzpunktlu xətt, "U" formalı xətt və ya doqquztireli xəritə — Çinin Cənubi Çin dənizindəki ərazi iddialarını müəyyən etmək üçün istifadə etdiyi xətt. Bunlar Vyetnam və Tayvanın iddia etdiyi Parasel adaları, mülkiyyət hüququ Filippin, Çin, Bruney, Malayziya, Tayvan, Vyetnam və digərləri tərəfindən mübahisə mövzusu olan Spratli adalarıdır. Bəzi yerlər Çin, Tayvan və Vyetnam tərəfindən meliorasiyaya məruz qalmışdır. "Doqquzpunktlu xətt" xəritəsi 1947-ci ildə Çinin milliyyətçi hökuməti tərəfindən təqdim edilmişdir. Vyetnamda "Đường lưỡi bò" – "inək dili xəritəsi" və ya "inək dili yolu" kimi də tanınır. Çin mənbələrinə görə, bu xətt ilk dəfə 1948-ci ilin fevralında Çində özəl nəşrlərdə dərc edilmiş xəritələrdə onbirpunktlu xəttdən ibarət "U" formalı xətt kimi meydana çıxmışdı. Bununla belə, Çin hökumətinin Batlonqvi adasını və ona bitişik su ərazilərini Vyetnama vermək qərarına əsasən, 1953-cü ildə ÇXR baş naziri Çjou Enlayın göstərişi ilə dəyişikliklər edilmiş, nəticədə indiki "doqquzpunktlu xətt" ortaya çıxmışdır. Bu xətt Cənubi Çin dənizinin sularında materik Çinindən və Haynan adasından Malayziya və Bruney sahillərinə qədər demək olar ki, ekvatorda Çin maraqları zonasını müəyyən edir. Antonio T. Carpio. "Historical Facts, Historical Lies, and Historical Rights in the West Philippine Sea" (PDF).
Əyri rus alçası
Əyri yolla qazanc
Əyri yolla qazanc — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Burada avtonəqliyyatda yol hərəkəti qaydalarını pozan sürücü haqqında, böyük sürətlə maşın sürməyin acı nəticələri, avtomaşından şəxsi məqsədlə istifadə olunması barədə danışılır. Filmdə əyri yolla qazanc əldə etməyə və yüngül həyat sürməyə çalışan sürücülər tənqid olunur.
Düz xətt parçası
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Xətt gəmisi (yelkənli)
Xətt gəmisi (ing. ship-of-the-line, fr. navire de ligne) — üçdorlu və üçqatlı top sıralı yelkən sinifli, ağacdan hazırlanmış gəmi. Xətt gəmisi 500-5500 ton su sıxışdırma qabiliyyətli göyərtəsində 30—50 dən 135-ə qədər top yerləşən, 300-500 nəfərlik heyətə malik, XVII əsrlərdən tikilməyə başlanılmış 1860-cı illərədək dəniz döyüşlərində cinah taktikası məqsədilə istifadə olunan hərbi gəmi.
Yaşıl Xətt (Kipr)
Yaşıl Xətt — Kiprdə iki ayrı dövləti Kipr Rum Administrasiyasından və Şimali Kipr Türk Respublikasından (de-fakto) ayıran bölgəni göstərmək üçün istifadə olunur. İlk dəfə 1964-cü ildə o vaxt BMT "sülhməramlı qüvvələri" komandiri Peter Young tərəfindən təqdim edilmişdir. Qüvvələrini Nikosiyanın müxtəlif bölgələrinə paylayan General Young, xəritədə yaşıl qələm ilə bir xətt çəkir, sonradan "Yaşıl xətt" adlandırılacaq. "Yaşıl xətt"in mövcud sərhədləri 1974-cü ildəki Kipr Sülh Hərəkatı ilə təyin olundu.
Böyük dairəvi xətt
Böyük dairəvi xətt (rus. Большая кольцевая линия) Moskva Metropoliteninin 11-ci (xronoloji ardıcıllıqla onuncu) və dünyanın ən uzun metro xəttidir. Xəttin birinci hissəsi 26 fevral 2018-ci ildə açılıb. Son 9 stansiya isə 1 mart 2023-cü ildə sərnişinlərin istifadəsinə verildi. Xəttin ümumi uzunluğu 57.5 kilometrdir və 31 stansiyadan ibarətdir. Xəttin beş stansiyasında 5G texnologiyası sınaqdan keçirilir.Xətt sxemdə firuzəyi(ru)(bəzən qara) rəng ilə işarə olunur. Xəttin uzunluğu 58,5 kilometrdir, lakin bəzi mənbələrdə 70 kilomterdən artıq olduğu qeyd olunur. Xəttdə 252 eskalator fəaliyyət göstərir. Sayca ən çox (17) eskalator Peçatniki (rus. Печатники) stansiyasında yerləşir.
Bənövşəyi xətt (1914)
Bənövşəyi xətt —1914-cü ilin martında Britaniya ilə Osmanlı imperiyaları arasında razılaşdırılmış sərhəd xətti. 1913-cü il İngiltərə–Osmanlı Konvensiyasında razılaşdırılan Mavi xəttin dayandırılmasından başlayaraq Osmanlının Yəmən vilayəti ilə Britaniyanın Ədən protektoratı arasındakı sərhədə qədər uzanmışdır. Mavi xətt ilə birlikdə Bənövşəyi xətt Ərəbistan yarımadasını iki yerə bölmüşdür. Anscombe, Frederick F. The Ottoman Gulf: the creation of Kuwait, Saudi Arabia, and Qatar New York: Columbia University Press, 1997. Kelly, J. B. Eastern Arabian Frontiers New York: Frederick A Praeger, 1964. Kelly, J. B. Sovereignty and Jurisdiction in Eastern Arabia International Affairs (Royal Institute of International Affairs) 34.4 (1958): 16-24. Hurewitz, J. C., ed. The Middle East and North Africa in World Politics: A Documentary Record, 2nd edn. Vol. 1: European Expansion, 1535-1914.
Xətt-i Humayun
Xətt-i humayun və yaxud da yazılı əmrlər, (Osmanlı dilində: خط همايون) Osmanlı sultanlarının mühüm məsələlər haqqında şəxsən özlərinin yazdıqları və ya qeydlər apardıqları fərmanlara verilən ümumi addır. Osmanlı dövlətinin dövlət strukturunda ən mühüm yazılı əmrlər hesab olunan xətt-i humayunlar (yazılı əmrlər) Osmanlı sülaləsinin simvolu sayılan qırmızı rəngli çantalarda daşınar, üç dəfə öpülərək başa qoyulduqdan sonra açılaraq oxunardı. Bu fərmanlar Osmanlı sultanları tərəfindən şəxsən yazılmış olsalarda, lakin onların saray məmuru tərəfindən surəti köçürülmüş olan bir nüsxəsi də olurdu. Onlar əsasən sultana, baş vəzir və ya Osmanlı dövlətinin başqa yüksək rütbəli məmuru tərəfindən verilmiş bir sənədə cavab olaraq yazılırdılar. Məhz buna görə də, bir ərizənin, məktubun təsdiq edilməsi və ya rədd edilməsi, hesabatın təsdiq edilməsi, sorğuya icazənin verilməsi, verilmiş fərmanla bağlı yaranmış hər hansısa bir məsələyə aydınlıq gətirilməsi və bu kimi digər dövlət sənədlərinə cavab olaraq yazılırdılar. Xətt-i Humayunlar bəzən mövcud bir sənədə cavab olaraq deyil, sıfırdan da yaradıla bilərdilər. Osmanlı imperiyasını modernləşdirməyi hədəfləyən Tənzimat islahatından (1839) sonra rutin tipli xətt-i humayunlar sultanın şifahi cavabının sənəddə qeyd edildiyi vəsiyyət-i səniyye tətbiqi ilə əvəz olunmağa başlanmışdır. İstanbulda yerləşən Osmanlı arxivlərində təxminən 100.000 belə sənəd mövcuddur. Ən məşhur xətt-i humayunlar arasında Tənzimat Fərmanı (1839) və İslahat Fərmanı (1856) yer alır. “Xətt-i humayun” ifadəsi bəzən ədəbi mənada, yəni Osmanlı sultanı tərəfindən şəxsən yazılmış olan sənəd mənasında da işlənə bilər.
Pulsuz-xətt telefon nömrəsi
Ödənişsiz bir telefon nömrəsi və ya pulsuz telefon nömrəsi, mənşə telefon abunəçisinə ödəniş etmək əvəzinə gələn bütün zənglər üçün hesablanmış bir telefon nömrəsidir . Zəng edən tərəf üçün şəhər telefonundan pulsuz nömrəyə zəng etmək pulsuzdur. Pulsuz zənglər 0120, 800, 0800, 888, 866, 877, 855, 844, 833 və ya 1‑800 nömrəsi 909 (ərazi) kimi coğrafi ərazi koduna bənzər bir yığım prefiksi ilə müəyyən edilir. Xüsusi xidmət giriş nömrələri ölkəyə görə dəyişir. Telefon şəbəkələri elektro-mexaniki zəng keçidindən tamamilə kompüterləşdirilmiş saxlanılan proqram nəzarət şəbəkələrinə keçdikdə pulsuz xidmətlərin xüsusiyyətləri inkişaf etmişdir. Başlanğıcda, çağırılan tərəfə göndərilən zəng, bir telefon şirkəti operatoru vasitəsi ilə bir toplama zəngi olaraq göndərilməli idi . Operator zəngi əl ilə tamamlamadan əvvəl məsafədəki nömrədə ödənişlərin qəbul olunmasını təmin etməli idi. Bir neçə iri müəssisə və dövlət idarəsi çox sayda toplama çağırışı aldı, bu da operatorlar üçün çox vaxt aparırdı. Avtomatlaşdırılmış pulsuz xidmətin inkişafından əvvəl bir çox telefon şirkəti zəng edən pulsuz xidmətin manual versiyasını təqdim etdi. Operator tərəfindən edilən pulsuz danışıq nümunələri arasında 1950-ci illərdə ABŞ-da və Kanadada təqdim olunan Zenith nömrəsi və 1960-cı ildə İngilis Poçt Ofisi tərəfindən təqdim olunan orijinal "Freephone" xidməti var.
Qırmızı xətt (film, 2001)
Rejissor: Səyavuş Hüseynli